Scroll aşağı

Premium yaşayiş kompleksi
ANCORA RESİDENCE

Dəniz səviyyəsindən 25 metr yüksəklikdə yerləşən mərkəzi prospektin geniş və yaşıl meydanında olan Babək rayonunun Qarabağ Atlari Meydaninda yerləşir.

Ancora Residence yaşayış kompleksinin modern üslubda işlənmiş 7 mərtəbəli binası 150 mənzildən ibarət premium sinif layihəsi ATKİNS şirkəti tərəfindən yerli mütəxəssislərlə birlikdə xüsusi olaraq Bakı Ağ Şəhər üçün layihələndirilmişdir. Yaxınlıqda yerləşən metro stansiyası, orta məktəblər, parklar, müasir biznes və ticarət mərkəzləri Ancora Residence yaşayış kompleksini yaşamaq üçün ən rahat və cəlbedici yerlərdən birinə çevirir.

Layihənin qüruru – qapalı daxili həyətidir, Sizin vaxtınızı səmərəli keçirməniz üçün tamamilə abadlaşdırılmışdır. Xüsusilə "Ancora" binasının evinin daxili həyətinin dizaynı üçün, ərazi "böyüklər" və "uşaqlar" üçün olan funksional zonalarına bölünməsi nəzərdə tutan landşaft layihəsi tərtib edilmişdir. Həyətin "uşaqlar" üçün olan hissəsində fərqli yaş uşaqlar üçün maraqlı oyun meydançası yerləşdiriləcək. "Böyüklər" üçün olan hissənin yaraşığı isə rahat oturacaqlar, zərif qazonlar və şık dəbli üslübda gül kompozisiyalarıdır. Sahəni abadlığa gətirmək üçün çoxillik bitkilər ilə hasarlanacaq. İstirahət zonaları və girişlər arasında tava daşından döşənmiş səkilər çəkiləcəkdir. Həyətin daxili sahəsindən Siz dizaynlı işləmə ilə olan ön qapıya tərəf çıxırsız və dərhal ev atmosferinə düşürsünüz

BİZİM ÜSTÜNLÜKLƏRİMİZ  
 
 
  • 7 mərtəbəli premium klass yaşayış kompleksi
  • Hər mərtəbədə cəmi 2 mənzil
  • Hər iki tərəfə çıxışlı, rahat planlaşdırılmış mənzillər
  • Tavanların hündürlüyü – 3.45 m
  • “Rehau” şirkətinə məxsus 3 laylı şüşəpaket
  • Eni 2.4 m-ə qədər olan böyük pəncərələr
  • Mərmər ilə üzlənmiş, eni 2.7 metr olan geniş pilləkən aşırımları və pilləkən meydançaları
  • Qonaqlar üçün 10 ədəd yerüstü avtodayanacaq
  • İki mərtəbəli yeraltı avtodayanacaq
  • Avtodayanacaqdan liftlərə çıxış
  • Səssiz və sürətli liftlər 
  • Fərdi anbar sahələri
  • Geniş uşaq meydançası və Grill Zone
  • Velosipedlər üçün dayanacaq
  • Mərtəbələrdə kondisionerlərin xarici bölmələri və istilik sistemləri üçün ventilyasiya olunan xüsusi servis eyvanları
  • Fərdi istilik sistemi üçün qaz təchizatı
  • Rəqəmsal TV, internet və telefon sistemləri
  • Video müşahidə nəzarəti altında olan avtomatlaşdırılmış yanğın təhlükəsizlik sistemi
  • 24/7 texniki xidmət

SƏRFƏLİ İNVESTİSİYA İMKANI

İnkişaf etmiş infrastrukturu, nəqliyyat əlverişliyi və abadlaşdırılmış sahəsi ilə elit yaşayış komplekslərindən alınmış mənzillər,
hər zaman təlabatda olan icarəçiləri maraqlandıran, öz dəyərini itirməyən ən uğurlu yatırımdır.

Ancora Residence layihəsindən 100% ödənişlə mənzil əldə edən alıcılara əhəmiyyətli endirimlər təqdim olunacaq. 

Əgər bizdən mənzil əldə etmək qərarina qəlmisinizsə, lakin tam məbləğə sahib deyilsizsə, bu halda sizə aşağıdaki fürsətlərdən faydalanamağa təklif edirik.  

DAXİLİ HİSSƏ-HİSSƏ ÖDƏMƏ:

İlkin ödəniş – 30 %-dan
Müddət – 36 ayadək
Faiz dərəcəsi – 0 %